Uçuşların ləğvinə hazır olun: Müharibə şiddətlənəcək

23.07.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Yaxın Şərqdə artan gərginlik səbəbindən təhlükəsizlik vəziyyəti çətin olaraq qalır və gözlənilməz eskalasiya ehtimalı var.

"Cebheinfo.az" xəbər verir ki, "Hazırda Yaxın Şərqdə olan amerikalılar ehtiyatlı olmalı və yüksək sayıqlıq göstərməli, uçuşların ləğvinə, vaxtaşırı hava məkanının bağlanmasına və mümkün səyahət pozuntularına hazır olmalıdırlar",-dey məlumatda bildirilir.

Bölgədəki bəzi aviaşirkətlər əvvəlki uçuş cədvəllərinin bərpasını təxirə salıb, digərləri bəzi marşrutlar üzrə uçuşları ləğv edib:

"İran və İranı dəstəkləyən qruplar ABŞ-nin xaricdəki maraqlarını və ya ABŞ biznesləri və digər qurumlar da daxil olmaqla, ABŞ və dünya miqyaslı amerikalılarla əlaqəli hədəfləri hədəfə ala bilərlər. Yaxın Şərqdən kənarda olan amerikalılar bölgəyə və bölgədən səyahət planlarını yenidən nəzərdən keçirməlidirlər".

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью