Ucuz kosmetika satışı adı altında adamları aldadıb SAXLANILDI

15.09.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 25 yaşlı V.Qədirli müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs sosial şəbəkələrdə kosmetik vasitələri dəyərindən aşağı qiymətlərlə təklif edib və ödənişi aldıqdan sonra zərərçəkənlərlə əlaqəni kəsərək telefon nömrələrini bloklayıb.

Araşdırma davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью