Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlər üçün YENİ XƏBƏR | Icma.az
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sahibkarlıq və kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş torpaq sahələri satışa və icarəyə çıxarılacaq.
BAKU.WS-in məlumatına görə, torpaq müsabiqə və hərracları 5 noyabrda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunacaq.
Budəfəki hərracda təqdim olunan torpaq sahələri əsasən Sumqayıt, Gəncə, Göyçay, Bərdə, Tərtər, Şəmkir, Cəlilabad və Şəki rayonlarında yerləşir.
Bu torpaqların bir hissəsi sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulub, digər hissəsi isə kənd təsərrüfatı və heyvandarlıq məqsədləri üçün icarəyə veriləcək.
Satışa çıxarılan torpaq sahələrinin qiymətləri yerləşdiyi zonadan və məqsədindən asılı olaraq dəyişir.
Sumqayıt şəhərində sahibkarlıq məqsədli icarə torpaqlarının sahəsi 58 kv.m-dən 2376 kv.m-ə qədər dəyişir, illik icarə haqqı isə 435 manatdan başlayır.
Gəncə və Göyçayda fərdi yaşayış evi üçün nəzərdə tutulan torpaqların ilkin satış qiyməti müvafiq olaraq 9520 və 3640 manatdır.
Tam oxu
Xəbəri oxu