Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. "Metil spirtinin digər adı taxta spirtdir.
Bunun daxilə qəbulu, ümumiyyətlə, qadağandır. Ondan az miqdarda - 30 ml-dən 200 ml-ə qədər daxilə qəbul etdikdə ölümlə nəticələnə bilir.
Etil spirti isə insanlar tərəfindən çox istifadə olunur və su ilə qarışdırdıqda 40 faizlik araq əldə edilir".
Bunu Oxu.Az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) baş toksiokoloqu Azər Maqsudov deyib.
O bildirib ki, etil spirtinə su qatmaqla spirtli içki kimi istifadəsi geniş yayılmış haldır: "Bu, dozanı aşmadığın halda ölümcül vəziyyət yaratmır.
Ümumilikdə isə spirtli içki ürək, beyin, qaraciyərin fəaliyyətini pozur və qəbulu məsləhətli deyil. Metil spirti isə toksik məhluldur".
A.Maqsudov əlavə edib ki, metil spirtini gigiyenik vasitə kimi istifadə etmək olar: "Metil spirtini dəriyə tətbiq etdikdə həssas adamlarda allergik reaksiya yarada bilər, lakin daxilə qəbulu birmənalı şəkildə qadağandır, çünki toksik məhlul olduğu üçün ölümlə nəticələnir".
O bildirib ki, apteklərdə həm etil, həm də metil spirtinin satışı həyata keçirilir: "Apteklərdə dezinfeksiya məqsədilə satılan texniki spirtin tərkibində də yarıbayarı metil spirti olur.