Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Süni intellekt texnologiyalarına olan tələbat smartfon bazarında yaddaş çatışmazlığına səbəb ola bilər. Bu isə xüsusilə ucuz telefonların qiymətinin artmasına və onların texniki göstəricilərinin aşağı salınmasına gətirib çıxara bilər.
Redaktor.az xəbər verir ki, "BGR"nin məlumatına görə, istehsalçılar xərcləri azaltmaq üçün büdcə smartfonlarında daha sadə və ucuz prosessorlardan istifadə edə bilərlər.
500 dollardan aşağı qiymətə satılan telefonlarda əvvəlki nəsil modemlərin quraşdırılması da gözlənilir. Bu dəyişikliklər cihazların mobil şəbəkə, "Wi-Fi" və "Bluetooth" imkanlarına təsir göstərə bilər.
Bundan başqa, istehsalçıların ekranlarda da qənaət edəcəyi bildirilir. Büdcə modellərində ekran keyfiyyəti və təsvir ölçüsü aşağı salına bilər.
Kamera sahəsində də dəyişikliklər gözlənilir. Telefonlarda yüksək meqapikselli kameralar saxlanılsa da, daha kiçik sensorlardan istifadə edilə bilər.
Beləliklə, süni intellektlə bağlı yaddaş tələbatının artması ucuz smartfonların həm qiymətinə, həm də texniki imkanlarına təsir göstərə bilər.
Aytəkin TOFİQQIZI