Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Elon Musk bir neçə həftə əvvəl SpaceX-in IPO-sundan sonra dünyanın ilk trilyoneri olmuşdu. Onun təxminən 1 trilyon dollarlıq (942 mlrd. dollar) şəxsi sərvəti hazırda dünyanın əksər ölkələrinin illik iqtisadi məhsulundan (ÜDM) daha yüksəkdir.
Banco.az xəbər verir ki, BVF-nin 2026-cı il proqnozuna görə, dünyanın 195 iqtisadiyyatından 174-nün nominal ÜDM-i 1 trilyon dollardan aşağı olacaq. Bu həddə ən yaxın ölkə 977 milyard dollarlıq ÜDM ilə Tayvandır.
ÜDM-i 1 trilyon dollardan aşağı olan 10 ölkə:
İrlandiya – 779 milyard dollar
Belçika – 777 milyard dollar
İsveç – 760 milyard dollar
İsrail – 720 milyard dollar
Argentina – 688 milyard dollar
Sinqapur – 660 milyard dollar
Avstriya – 624 milyard dollar
Birləşmiş Ərəb Əmirlikləri – 622 milyard dollar
Norveç – 599 milyard dollar
Tayland – 588 milyard dollar
ÜDM ilə şəxsi sərvəti birbaşa müqayisə etmək düzgün deyil. ÜDM bir ölkənin bir il ərzində istehsal etdiyi mal və xidmətlərin dəyərini, xalis sərvət isə aktivlərin öhdəliklər çıxıldıqdan sonrakı ümumi dəyərini göstərir. Buna baxmayaraq, müqayisə Elon Muskın sərvətinin miqyasını aydın şəkildə nümayiş etdirir.
Qeyd edək ki, SpaceX-in IPO-sundan sonra səhmlərin qiymətindəki dəyişikliklər səbəbindən Elon Muskın sərvəti təxminən 950 milyard dollarla 1,4 trilyon dollar arasında dəyişir. Müqayisə üçün əsas kimi 1 trilyon dollar həddi götürülüb.
Bizi sosial şəbəkələrdən izləyin!!