Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq. 2024-cü ildə Azərbaycanın ümumi daxili məhsul (ÜDM) istehsalında qeyri neft-qaz sektorunun p
Sfera.az xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr aylarında istehsal edilən ÜDM-nin 66,5 faizi qeyri neft-qaz sahələrinin payına düşür.
Yəqin ki, ilin sonunda bu nisbət bir qədər də böyüyəcək. Bu ilin 11 ayında 113,28 milyard manatlıq ÜDM istehsal edilib ki, onun da 75,3 mily
Müqayisə üçün bildirək ki, ÜDM-də qeyri neft-qaz sektorunun payı 2019-cu ildə 61,6 faiz, 2020-ci ildə 70,4 faiz, 2021-ci ildə 62 faiz, 2022-
2020-ci ildə qeyri neft-qaz sektorunun payının 70,4 faizə yüksəlməsi həmin ildə neft və qazın kəskin ucuzlaşması ilə bağlıdır.
Neft və qaz sektorunda istehsalın nominal dəyərinin xeyli kiçilməsi ilə əlaqədar olaraq ÜDM istehsalında qeyri neft-qaz sektorunun payı 70 faizi ötmüşdü.
Amma 2024-cü ildə neft və qazın qiymətinin əlverişli olmasına baxmayaraq, qeyri-neft-qaz sektorunun ümumi iqtisadiyyatda payı son 4 ilin rekord həddinə çatacaq.
Buna səbəb qeyri neft-qaz sektorunda yaradılan nominal dəyərin 8,9 faizdən çox artmasıdır.