Uduza uduza irəli REYTİNQ

28.02.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kişi basketbolçulardan ibarət milli komandaların FİBA reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması 75,9 xalla 113-cü pillədə qərarlaşıb.

Tahir Baxşıyevin yetirmələri ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib. Düzdür, komandamız hesabat dövründə keçirdiyi hər iki görüşdə uduzub.

Millimiz DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsinin son turlarında Kosovoya 73:81, İrlandiyaya 64:79 hesabı ilə uduzub. Digər komandaların daha böyük uğursuzluğa düçar olması yığmamızın irəliləməsinə imkan yaradıb.

Millimiz Avropa ölkələri arasında 44-cüdür.

Qeyd edək ki, cədvələ 840,1 xala malik ABŞ başcılıq edir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью