Uduzsalar 50 milyon ödəyəcəklər

08.11.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şahzadə Harri, britaniyalı müğənni Elton Con və daha dörd tanınmış şəxs məhkəmə qərarına yenidən baxılması üçün müraciət ediblər.

Axşam.az xəbər verir ki, onlar “Daily Mail” qəzetinin naşiri “Associated Newspapers”ə qarşı qaldırdıqları iddianı uduzduqdan sonra Apellyasiya Məhkəməsinə üz tutublar. Məşhurlar həm iddialarının rədd edilməsinə, həm də məhkəmə xərclərini ödəmək barədə qərara etiraz edirlər. Bu qərar onlara 50 milyon funt sterlinqdən artıq vəsaitə başa gələ bilər.
Müraciəti Harrinin və Elton Conun adından yanaşı, müğənninin həyat yoldaşı Devid Ferniş, aktrisalar Elizabet Hörli və Sədi Frost, eləcə də baronessa Dorin Lourens təqdim ediblər. Onların nümayəndəsi qərarın həm hüquqi, həm də faktiki baxımdan yanlış olduğunu düşündüklərini bildirib.

Məhkəmə daha əvvəl iddiaçılara təxminən 9,5 milyon funt sterlinq (13 milyon dollar) məbləğində ilkin ödəniş etməyi tapşırıb. Yekun məhkəmə xərclərinin məbləği isə hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, məşhurlar qəzetin jurnalistlərini və onların əməkdaşlıq etdiyi şəxsi detektivləri qanunsuz yollarla şəxsi məlumatlar toplamaqda, telefon danışıqlarını dinləməkdə və səsli mesajları ələ keçirməkdə ittiham edirdilər. Nəşriyyat isə bütün ittihamları rədd edərək məlumatların qanuni mənbələrdən əldə olunduğunu bildirmişdi.

11 həftə davam edən məhkəmə prosesindən sonra hakim Metyu Niklin iddiaçıların ittihamlarını sübut edə bilmədikləri qənaətinə gəlib və qərarı nəşriyyatın xeyrinə çıxarıb. 436 səhifəlik qərarda məlumatların qanunsuz yollarla əldə edildiyinə dair ehtimalların sübut üçün kifayət etmədiyi vurğulanıb.

Xatırladaq ki, Şahzadə Harri bundan əvvəl də Britaniya tabloidləri ilə bir sıra məhkəmə çəkişmələrində iştirak edib. O, “Mirror Group Newspapers”ə qarşı telefonlarının qanunsuz dinlənilməsi ilə bağlı iddiada qalib gəlib. 2025-ci ildə isə “News Group Newspapers” onunla ayrıca mübahisəni təzminat ödəməklə həll edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью