Uduzuramsa, otağımdan belə çıxmaq istəmirəm

15.06.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Uduzuramsa, otağımdan belə çıxmaq istəmirəm"

Paraqvay millisinin sabiq qapıçısı Xose Luis Çilavert DÇ-2026-da ABŞ-a böyük hesabla (1:4) məğlubiyyətdən sonra milli komandanı tənqid edib.

QOL.az xəbər verir ki, "TyC Sports" nəşrinin məlumatına görə sabiq futbolçu baş məşqçi Qustavo Alfaronun ünvanına sərt fikirlər səsləndirib:

"Böyük hesabla məğlub oluruq, sonra isə bütün oyunçuların sanki Disneylenddə imiş kimi ailələri ilə selfi çəkdirdiklərini görürük. Mən oyunu uduzuramsa, otağımdan belə çıxmaq istəmirəm. Futbola münasibətim məhz belədir. Boş-boş danışmaq, rahat şəkildə gitara çalmaq başqa şeydir, amma dünya çempionatında reallıq tamamilə fərqlidir.

Alfaro rəqibin nə etməyə çalışdığını oxumağı bacarmalıdır. Seçmə mərhələdə ev oyunlarına çıxmaq belə komandalarla qarşılaşmaqla eyni deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью