UEFA A kursunun 1 ci modulu keçirilib

09.10.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində oktyabrın 5-dən 8-dək UEFA A kateqoriyalı məşqçi kursunun 1-ci modulu keçirilib. Sport24.az xəbər verir ki, modul çərçivəsində təlimləri AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və AFFA-nın Texniki Departamentinin mütəxəssisi, təlimçi Osman Rəhimov aparıblar.

Qeyd edək ki, UEFA A məşqçilik kursu UEFA B lisenziyasından sonra məşqçi inkişaf yolunun növbəti mərhələsidir. Kurs peşəkar və elit yeniyetmə komandalarında çalışan baş və köməkçi məşqçilər üçün nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью