UEFA Asim Xudiyevə yeni təyinat verib

06.12.2024

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsində Sloveniyada “Olimpiya” və “Serkl Brügge” (Belçika) komandaları arasında V tur görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma dekabrın 12-də Lyublyana şəhərində yerləşən “Stoyitse” stadionunda baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью