UEFA Asim Xudiyevə yeni təyinat verib AZƏRTAC

06.12.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 6 dekabr, AZƏRTAC

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsində Sloveniyada “Olimpiya” və “Serkl Brügge” (Belçika) komandaları arasında V tur görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma dekabrın 12-də Lyublyana şəhərində yerləşən “Stoyitse” stadionunda baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью