UEFA avrokuboklarda sarı vərəqə qaydasını dəyişdi

04.08.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA avrokuboklarda sarı vərəqə qaydasını dəyişdi

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında sarı vərəqələrlə bağlı yeni qaydaları açıqlayıb.

QOL.az qurumun saytına istinadən xəbər verir ki, yeni qaydalara əsasən, əsas mərhələdə futbolçular və komanda rəsmiləri qırmızı vərəqə ilə nəticələnməyən 4-cü sarı vərəqədən sonra 1 oyunluq cəzalanacaqlar. Bundan sonra isə diskvalifikasiya hər növbəti cüt saylı sarı vərəqədən (6-cı, 8-ci və s.) sonra tətbiq olunacaq.

Təsnifat mərhələsində isə əvvəlki sistem qüvvədə qalacaq. Burada futbolçular 3-cü, daha sonra isə hər növbəti tək saylı (5-ci, 7-ci və s.) sarı vərəqədən sonra cəzalanacaqlar.

UEFA bildirib ki, dəyişiklik avrokubokların yeni formatı ilə əlaqədardır. Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsində oyun sayının 6-dan 8-ə yüksəlməsi sarı vərəqəyə görə diskvalifikasiyaların artmasına səbəb olmuşdu. Yeni qaydalar oyunların sayı ilə xəbərdarlıqlar arasında balans yaratmaq məqsədi daşıyır. Konfrans Liqasında əsas mərhələ 6 oyundan ibarət qalsa da, qayda bütün turnirlərdə vahid şəkildə tətbiq ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью