UEFA avrokubokların reqlamentində dəyişiklik edib

09.07.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin reqlamentində dəyişiklik edib.

Oxu.Az bu barədə AS nəşrinə istinadla xəbər verir.

Bildirilir ki, yeni mövsümdən etibarən Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və qadınlar arasında Çempionlar Liqasının pley-off mərhələsində ev və səfər oyunlarının müəyyən olunması üçün püşkatma ləğv ediləcək.

Həmin turnirlərdə cavab oyunlarında doğma meydanda oynamaq üstünlüyü Liqa mərhələsində daha yüksək yer tutan klublara veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью