UEFA Avropa Çempionatı Türkiyədə baş tutacaq

04.12.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

UEFA İcraiyyə Şurası İsveçrənin Nyon şəhərində keçirilən son iclasında 2027–2029-cu illər üzrə müxtəlif yaş qruplarının Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələri müəyyənləşdirib.

Apasport.az xəbər verir ki, 2029-cu il U-17 qızlar arasında UEFA Avropa Çempionatı Türkiyədə baş tutacaq. Yarışın bütün qarşılaşmaları Trabzon şəhərində keçiriləcək.

UEFA-nın qiymətləndirmə prosesi çərçivəsində həm təşkilati imkanlar, həm də infrastruktur baxımından Türkiyənin təqdim etdiyi şərtlər müsbət dəyərləndirilib və nəticədə ev sahibliyi hüququ Trabzona verilib.

Turnirlərin keçiriləcəyi ölkələr aşağıdakılardır:

17 yaşadək qızlar arasında UEFA Avropa çempionatı

2028 - Belçika

2029 - Türkiyə

19 yaşadək qızlar arasında UEFA Avropa çempionatı

2028 - Portuqaliya

2029 - İtaliya

17 yaşadək kişilər arasında UEFA Avropa çempionatı

2028 - Litva

2029 - Moldova

19 yaşadək kişilər arasında UEFA Avropa çempionatı

2027 - Çexiya

2028 - Bolqarıstan

2029 - Hollandiya

“Kasımpaşa” Şota Arveladze ilə yollarını ayırıb Juninyo Braziliyada çempion oldu "Arsenal"dan qələbə, "Çelsi" və "Liverpul"dan xal itkisi - YENİLƏNİB "Napoli", "Atalanta" və "İnter" 1/4-də - YENİLƏNİB "Real" 3 xalı 3 qolla qazandı - Mbappe ulduzlaşdı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью