UEFA Avropa Liqası: Arda Turanın Şaxtyor Donetsk i Beşiktaş ın rəqibi oldu

18.07.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində "Beşiktaş"ın rəqibi Arda Turanın "Şaxtyor Donetsk" komandası olub.

Oxu.Az xəbər verir ki, "Şaxtyor Donetsk" klubu I təsnifat mərhələsinin cavab oyununda səfərdə Finlandiya təmsilçisi "İlves"lə üz-üzə gəlib.

"Şaxtyor Donetsk" ilk oyunda 6:0 hesabı ilə qalib gəlib və cavab oyununda qolsuz heç-heçədən sonra ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.

İkinci təsnifat mərhələsinin "Beşiktaş" - "Şaxtyor Donetsk" oyunları iyulun 24-də və 31-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью