UEFA Avropa Liqası: Ayaks uduzdu, Latsio qalib gəldi

07.03.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk görüşləri çərçivəsində daha üç matç baş tutub.

Oxu.Az xəbər verir ki, gərgin keçən görüşlərdən biri Amsterdamda oynanılıb.

"Ayaks" Almaniya təmsilçisi "Ayntraxt Frankfurt" ilə üz-üzə gəlib. Qarşılaşma 1:2 hesabı ilə yekunlaşıb. "Ayaks"dan Brobbi, qonaqlardan isə Larsson və Sxiri fərqləniblər.

Digər oyunda Norveç təmsilçisi "Budyo/Qlimt" evdə "Olimpiakos" ilə üz-üzə gəlib. Oyun birincilərin qələbəsi ilə yekunlaşıb - 3:0.

Günün daha bir matçında "Viktoriya Plzen" ilə "Latsio" qarşılaşıb. Görüş 1:2 hesabı ilə italyanların xeyrinə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью