UEFA Avropa Liqası: Fənərbağça 1 ci, Qarabağ 2 ci oldu

13.02.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

UEFA Avropa Liqasında pley-off matçları start götürməmişdən əvvəl Liqa mərhələsinin yekun statistik göstəriciləri bəlli olub. Sport24.az xəbər verir ki, "Qarabağ"ın futbolçuları 8 qarşılaşmada 121 dəfə qayda pozuntusuna məruz qalıblar.
Azərbaycan çempionu bu göstəriciyə görə ikinci pillədə qərarlaşıb. Türkiyə təmsilçisi "Fənərbağça" (136) birinci, Bolqarıstanın "Ludoqorets" (119) kollektivi isə üçüncü olub.
Qeyd edək ki, "köhlən atlar" Liqa mərhələsini 3 xalla sonuncu - 36-cı pillədə başa vurub. Pley-off mərhələsinin ilk oyunları bu gün keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью