UEFA Avropa Liqası: Fənərbağça şansını son oyuna saxlayıb

24.01.2025

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasının 7-ci turunda Fransa təmsilçisi "Olimpik Lion"la 0-0 bərabərə qalan "Fənərbaxça" növbəti mərhələyə yüksəlmək şansını son oyuna saxlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Ülkər" stadionunda keçirilən oyunun  lk 15 dəqiqəsində əla oynayan İstanbul komandası qapıya yol tapa bilməyib.

İkinci hissədə isə “Fənərbaxça” rəqib qapısına doğru yadda qalan həmlələr edə bilməyib.

Bununla da xalını 9-a yüksəldən "Fənərbağça" yanvarın 30-da səfərdə Danimarkanın "Midtjylland" komandası ilə oyuna "ölüm-dirim" matçına çıxacaq. Əgər Mourinyonun komandası bu oyunda qələbə qazana bilməsə Avroliqa ilə vidalaşacaq.

Fərid ASLAN
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью