UEFA Avropa Liqası: Fənərbağçadan möhtəşəm geridönüş

29.11.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Avropa Liqasında V tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, "Fənərbağça" Çexiyada "Slaviya"nın (Praqa) qonağı olub.

Oyunda hesabı meydan sahibləri açsalar da, İstanbul klubu iki dəqiq zərbə ilə nəticəni öz xeyrinə dəyişməyi bacarıb - 1:2.

Beləliklə də, beş turdan sonra "sarı-lacivərdlər" 8 xalla turnir cədvəlinin 15-ci pilləsində qərar tutublar. Onların rəqibi isə 4 xalla 26-cı yerdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью