UEFA Avropa Liqası: Qarabağ bu gün İsveç klubu ilə üzüzə gələcək

12.12.2024

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

"Qarabağ" UEFA Avropa Liqasında bu gün İsveçin "Elfsborq" klubu ilə üz-üzə gələcək.

Ölkə.az-ın məlumatına görə, Liqa mərhələsinin VI turuna təsadüf edəcək qarşılaşma Buros şəhərindəki "Buros Arena"da baş tutacaq.

Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Görüşü Portuqaliyadan olan baş hakim Antoniu Nobre idarə edəcək.

UEFA Avropa Liqası
Liqa mərhələsi

VI tur
12 dekabr

00:00. "Elfsborq" (İsveç) - "Qarabağ"
Baş hakim: Antoniu Nobre
Buros. "Buros Arena"

Qeyd edək ki, Azərbaycan çempionu hazırda 3 xalla 32-ci, meydan sahibləri isə 4 xalla 28-ci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью