UEFA Avropa Liqası: Qarabağ bu gün Lionla qarşılaşacaq

28.11.2024

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ" bu gün UEFA Avropa Liqasında Fransanın "Lion" klubunu qəbul edəcək.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, Liqa mərhələsinin V turuna təsadüf edəcək oyun saat 21:45-də start götürəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matçın baş hakimi serbiyalı Nenad Minakoviç olacaq.

Azərbaycan çempionu 4 turdan sonra 3 xalla 29-cu, qonaqlar isə 7 xalla 9-cu pillədə qərarlaşıb.

UEFA Avropa Liqası

Liqa mərhələsi

V tur

28 noyabr

21:45. "Qarabağ" - "Lion" (Fransa)

Baş hakim: Nenad Minakoviç (Serbiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, "köhlən atlar" daha əvvəl İngiltərədə "Tottenhem"ə (0:3), evdə İsveç təmsilçisi "Malmö"yə (1:2) və Niderlandın "Ayaks" komandasına (0:3) uduzub. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Norveçdə "Budyo Qlimt"i məğlub edib - 2:1. "Lion" isə doğma meydanda Yunanıstanın "Olimpiakos" (2:0), səfərdə Şotlandiyanın "Reyncers" (4:1) klublarına qalib gəlib. Daha sonra evdə Türkiyənin "Beşiktaş" komandasına uduzan (0:1) fransızlar Almaniyada "Hoffenhaym"la bərabərə (2:2) qalıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью