UEFA Avropa Liqası: Qarabağ Elfsborq səfərində

12.12.2024

Icma.az, Cbcsport portalına istinadən məlumatı açıqlayır.

Bu gün "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 6-cı tur oyununa çıxacaq.

Ağdam təmsilçisi səfərdə İsveç "Elfsborq"u ilə qarşılaşacaq. "Boras Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Oyunu Portuqaliyadan olan hakimlər idarə edəcək.

"Qarabağ" və "Elfsborq" tarixlərində ilk dəfə üz-üzə gələcəklər. Qurban Qurbanovun komandası üçün Oskar Hilyemarkın kollektivini məğlub etmək pley-off şansını qorumaq baxımından olduqca vacibdir.

Hazırda turnir cədvəlində "Elfsborq" 4 xalla 28-ci, "Qarabağ" isə 3 xalla 32-cidir.

Avropa Liqası, Liqa mərhələsi, 6-cı tur

00:00. "Elfsborq" (İsveç) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Antoniu Nobre, Pedro Ribeyru, Nelson Pereyra, Bruno Miqel Karmo Vyeyra

"Boras Arena"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью