Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda "Qarabağ" səfərdə Norveçin "Budyo Qlimt" klubu ilə qarşılaşıb.
Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi cari mövsümdə turnirdə ilk qələbəsini qazanıb - 2:1.
Bude şəhərindəki "Aspmira" stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz heyətində 23-cü dəqiqədə Toral Bayramov və 59-cu dəqiqədə Abdullah Zubir fərqlənib. Rəqib komandanın yeganə qolunu 41-ci dəqiqədə Patrik Berq vurub.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi “Lion”a qarşı keçirəcək.