UEFA Avropa Liqası: Qarabağ İsveç səfərində Elfsborqun qonağı olacaq

12.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün UEFA Avropa Liqasında VI turun görüşlərinə yekun vurulacaq, təmsilçimiz "Qarabağ" İsveç səfərində "Elfsborq"la qarşılaşacaq.

Oxu.Az xəbər verir ki, aktivində üç xalı olan və 32-ci pillədə qərarlaşan "köhlən atlar" rəqibi məğlub edərək növbəti mərhələyə yüksəlmə şansını gücləndirmək niyyətindədirlər. Amma dörd xalla 28-ci sırada yerləşən "Elfsborq"la görüşdə bu, heç də asan vəzifə sayılmır.

"Qarabağ"da Bəhlul Mustafazadə və Kevin Medinanın yoxluğu Qurban Qurbanovun işini çətinə sala bilər. "Elfsborq" isə təmsilçimizlə görüşə itkisiz çıxacaq.

Qeyd edək ki, böyük maraqla gözlənilən görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

12 dekabr

UEFA Avropa Liqası

VI tur

Saat 00:00, "Elfsborq" - "Qarabağ"

"Boras Arena"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью