UEFA Avropa Liqası: Qarabağ Lion görüşü üçün biletlər satışa çıxarıldı

19.11.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA Avropa Liqasının V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununun biletləri satışa çıxarılıb.

Oxu.Az xəbər verir ki, biletlərinin qiyməti 5, 20, 30, 40, 75 və 150 manatdır. "VVIP C" və "VVIP D" sektorlara bilet alaraq, "VIP Lounge" üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, qarşılaşma noyabrın 28-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью