UEFA Avropa Liqası: Qarabağ Lion oyununa 10 mindən çox bilet satılıb

20.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Bakıda "Qarabağ" və Fransanın "Lion" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının V turunun matçına indiyədək 13000 bilet satılıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək qarşılaşma saat 21:45-də start götürəcək.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью