UEFA Avropa Liqası: Roma Portu əngəlini 3 qolla aşdı

21.02.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yüksələn 2 komanda bəlli olub.

Oxu.Az xəbər verir ki, "Roma" klubu İtaliya paytaxtında "Portu" ilə qarşılaşıb.

İlk matçda səfərdən minimal hesablı heç-heçə ilə (1:1) qayıdan "canavarlar" cavab oyununda inamlı qələbə qazanıblar - 3:2 (4:3).

Ruminiyada FKSB (keçmiş "Styaua") ilə PAOK üz-üzə gəlib. Yunanlar ilk oyunda olduğu kimi (1:2) bu dəfə də məğlub olublar - 2:0 (4:1).

Beləliklə də, "Roma" və FKSB klubları adlarını yarışın son 16 iştirakçısı siyahısına yazdırıb.

Xatırladaq ki, "Latsio", "Atletik Bilbao", "Mançester Yunayted", "Tottenhem", "Ayntraxt", "Lion", "Olimpiakos" və "Reyncers" liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью