UEFA Avropa Liqası: Tottenhem dən məğlubiyyət, Mançester Yunayted dən heç heçə, Lion dan qələbə

07.03.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk görüşləri çərçivəsində daha üç oyun keçirilib.

Oxu.Az xəbər verir ki, bunlardan biri "Real Sosyedad" - "Mançester Yunayted" qarşılaşmasıdır.

Maraqla gözlənilən matç qollu heç-heçə ilə bitib - 1:1.

Qonaqların heyətində Zirkzee, ev sahiblərindən isə Oyarsabal fərqləniblər.

Bu mərhələnin digər oyununda "Tottenhem Hotspur" səfərdə "AZ Alkmaar"a minimal hesabla uduzub - 0:1.

Niderland təmsilçisinin yeganə qoluna Berqvall imza atıb.

Daha bir oyun isə Rumıniyada baş tutub. FKSB evdə "Lion" ilə üz-üzə gəlib.

Ev sahibləri Fransa təmsilçisinə 1:3 hesabı ilə uduzublar. FKSB-nin tək qolunu Belutse vurub.

"Lion"dan Fofana dubla imza atıb. Bir dəfə isə Talyafiko fərqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью