UEFA Avropa Liqası: “Tottenhem” və “Mançester Yunayted” finala yüksəliblər

09.05.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcib.

Bakıvaxtı.az xəbər verir ki, yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start verilib.

“Budyo Qlimt” evdə “Tottenhem”lə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Atletik” isə ilk oyunda evdə 0:3 hesabı ilə uduzduğu “Mançester Yunayted”in qonağı olub. Matç “Mançester Yunayted”in 4:1 hesablı qələbəsi ilə tamamlanıb.

Beləliklə, “Tottenhem” və “Mançester Yunayted” finala yüksəliblər.

UEFA Avropa Liqası

Yarımfinal mərhələsi, cavab görüşləri

8 may

23:00. “Budyo Qlimt” (Norveç) - “Tottenhem” (İngiltərə) - 2:0

İlk oyun - 1:3.

23:00. “Mançester Yunayted” (İngiltərə) - “Atletik” (İspaniya) - 4:1.

İlk oyun - 3:0.

Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq. Turnirin son qalibi İtaliyanın “Atalanta” komandası olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью