UEFA Avropa Liqası: Trabzonspor evdə uduzdu

20.08.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

 Türkiyənin "Trabzonspor" komandası UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda doğma meydanda Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb - 0:1.

Matçda yeganə qolu 17-ci dəqiqədə Kristoffer Zakariassen vurub.

90+6-cı dəqiqədə Çibuyke Nvayvu qırmızı vərəqə alaraq "Trabzonspor"u azlıqda qoyub.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью