UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı

27.11.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasının oyunlarında baş verən azarkeş qarşıdurmaları və iğtişaşlarla bağlı rəsmi açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, qurumun bəyanatına əsasən, "Marsel" - "Levski" (1:0) və "Beşiktaş" - "Hapoel" (2:1) qarşılaşmalarında yaşanan hadisələr ciddi narahatlıq doğurub.

Xatırladaq ki, "Marsel" azarkeşlərinin "Levski" tərəfdarlarına hücumu nəticəsində 10-dan çox bolqarıstanlı azarkeş xəsarət alıb. "Beşiktaş" - "Hapoel" matçında isə stadion mühafizəsinin bir azarkeşdən Fələstin bayrağını almağa cəhd etməsindən sonra qarşıdurma yaranıb. Hadisəyə müdaxilə edən polis gözyaşardıcı qazdan istifadə edib.

UEFA bəyan edib ki, zorakılıq, aqressiya, nifrət, ayrı-seçkilik və ekstremist davranış futbolun dəyərlərinə ziddir. Qurum bütün azarkeşləri qarşılıqlı hörmətə və təhlükəsizliyə çağırıb.

Bundan başqa, hər iki qarşılaşmada baş verən hadisələrin araşdırılması üçün UEFA-nın Etika və İntizam üzrə müfəttişləri təyin edilib. Toplanacaq sübutlar əsasında insidentlərin bütün təfərrüatları araşdırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью