UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna yekun vurulacaq

12.12.2024

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna bu gün yekun vurulacaq. SİA-nın məlumatına görə, İngiltərənin “Mançester Yunayted” klubu səfərdə “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq.

Türkiyə klublarından “Qalatasaray” səfərdə “Malmö”nün, “Beşiktaş” isə Norveç təmsilçisi “Budyo Qlimt”in qonağı olacaq.

Səfərdə İsveçin “Elfsborq” klubu ilə qarşılaşacaq “Qarabağ”ın rəqiblərindən FKSB (Rumıniya) Almaniyada “Hoffenhaym”la üz-üzə gələcək. “Olimpiakos” (Yunanıstan) isə evdə “Tvente” (Niderland) ilə görüşəcək.

UEFA Avropa Liqası

Liqa mərhələsi

VI tur

12 dekabr

21:45. “Roma” (İtaliya) - “Braqa” (Portuqaliya)
21:45. “Olimpiakos” (Yunanıstan) - “Tvente” (Niderland)
21:45. PAOK (Yunanıstan) - “Ferentsvaroş” (Macarıstan)
21:45. “Viktoriya” (Çexiya) - “Mançester Yunayted” (İngiltərə)
21:45. “Yunion” (Belçika) - “Nitsa” (Fransa)
21:45. “Ludoqorets” (Bolqarıstan) - AZ (Niderland)
21:45. “Malmö” (İsveç) - “Qalatasaray” (Türkiyə)
21:45. “Hoffenhaym” (Almaniya) - FKSB (Rumıniya)
00:00. “Portu” (Portuqaliya) - "Midtyullann" (Danimarka)
00:00. “Ayaks” (Niderland) - “Latsio” (İtaliya)
00:00. “Reyncers” (Şotlandiya) - “Tottenhem” (İngiltərə)
00:00. “Slaviya” (Çexiya) - “Anderlext” (Belçika)
00:00. “Real Sosyedad” (İspaniya) - “Dinamo” (Kiyev, Ukrayna)
00:00. “Lion” (Fransa) - “Ayntraxt” (Almaniya)
00:00. “Makkabi” (Təl-Əviv, İsrail) - RFS (Latviya)
00:00. “Budyo Qlimt” (Norveç) - “Beşiktaş” (Türkiyə)
00:00. “Elfsborq” (İsveç) - “Qarabağ” (Azərbaycan)

Qeyd edək ki, Liqa mərhələsinin VII turuna 2025-ci il yanvarın 21-də start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью