Icma.az, Sia Az portalına istinadən məlumat verir. UEFA Avropa Liqasında Liqa mərhələsində bu gün V turun oyunları keçiriləcək.
SİA xəbər verir ki, maraqlı görüşlərdən biri İngiltərədə “Tottenhem” və “Roma” arasında baş tutacaq. “Mançester Yunayted” də evdə oynayacaq.
Ruben Amorimin komandası Norveçin “Budyo Qlimt” klubu ilə üz-üzə gələcək.
Türkiyə klublarından “Qalatasaray” səfərdə AZ-ın (Niderland), “Fənərbağça” “Slaviya”nın (Çexiya) qonağı olacaq.
“Beşiktaş” isə Macarıstanda “Makkabi” (Təl-Əviv, İsrail) ilə qarşılaşacaq.
“Qarabağ”ın Liqa mərhələsindəki digər rəqibləri FKSB (Rumıniya) və “Olimpiakos” (Yunanıstan) isə Rumıniyada üz-üzə gələcək.
UEFA Avropa Liqası Liqa mərhələsi V tur 28 noyabr 21:45. “Latsio” (İtaliya) - “Ludoqorets” (Bolqarıstan) 21:45.
AZ (Niderland) - “Qalatasaray” (Türkiyə) 21:45. “Qarabağ” (Azərbaycan) - “Lion” (Fransa) 21:45.