UEFA Avropa Liqasının qalibi olan klub dörd futbolçu ilə vidalaşıb

31.05.2025

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Avropa Liqasının qalibi olan İngiltərənin "Tottenhem" klubu dörd futbolçu ilə vidalaşıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fraser Forster, Serxio Requilon, Alfie Vitemanın başa çatan müqavilələrinin müddəti uzadılmayıb.

İcarə əsasında komandada çıxış edən Timo Verner isə Almaniyanın "Leyptsiq" klubuna qayıdıb.

Qeyd edək ki, "Tottenhem" Avropa Liqasının finalında "Mançester Yunayted"i minimal hesabla üstələyib - 1:0.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью