UEFA Azərbaycan klublarının hər birinə 142 min avro ödəniş edib

15.07.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

UEFA "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı" proqramı çərçivəsində "Qarabağ" istisna olmaqla, Azərbaycanın 9 klubuna ödəniş edib.

Oxu.Az xəbər verir ki, 2024/2025 mövsümü üçün ayrılan 1 milyon 279 min avro AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Beləliklə, "Neftçi", "Səbail", "Qəbələ", "Sumqayıt", "Sabah", "Araz-Naxçıvan", "Zirə", "Turan Tovuz" və "Kəpəz" klublarının hər birinə 142 min 111 avro çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью