UEFA Azərbaycan klublarının mümkün rəqiblərini azaltdı

16.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

UEFA Azərbaycan klublarının mümkün rəqiblərini azaltdı

Bu gün keçiriləcək avrokubok püşkləri öncəsi UEFA komandaları qruplara bölüb.

QOL.az haqqin.az-a istinadən xəbər verir ki, bununla da Azərbaycan təmsilçilərinin mümkün rəqiblərinin sayı azalıb.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində mübarizəyə başlayacaq “Sabah”ın potensial rəqib sayı 14-dən 7-ə düşüb:

“Şemrok Rovers” (İrlandiya)
“KuPS (Finlandiya)
“Linkoln Red İmps” (Cəbəllütariq)
“Riqa” (Latviya)
“Flora” (Estoniya)
“Larn” (Şimali İrlandiya)
TNS (Uels)

Avropa Liqasında iştirakçı sayının az olması səbəbindən qruplaşdırma aparılmayıb. Bu turnirdə çıxış edəcək “Qarabağ”ın mümkün rəqibləri əvvəlki kimi qalır:

“Jilina” (Slovakiya)
“Voyvodina” (Serbiya)
“Universitatya Kluj” (Rumıniya)
“Alüminiy” (Sloveniya)
“Derri Siti” (İrlandiya)
“Vestri” (İslandiya)

Konfrans Liqasında isə komandalar 5 qrupa bölünüb. “Zirə” 1-ci qrupda yer alıb və onun 5 mümkün rəqibi var:

“Torpedo” (Gürcüstan)
“Velej” (Bosniya və Herseqovina)
“Yelimay” (Qazaxıstan)
“Elbasani” (Albaniya)
“Petrovats” (Monteneqro)

Qeyd edək ki, UEFA-da 1-ci mərhələlərin püşkatma mərasimi bu gün keçiriləcək. Azərbaycanın Konfrans Liqasında digər təmsilçisi - yarışa ikinci mərhələdən başlayacaq “Neftçi”nin rəqibi isə iyunun 17-də
müəyyənləşəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью