UEFA Azərbaycanın 9 klubuna pul köçürüb

15.07.2025

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində "Qarabağ" istisna olmaqla, Azərbaycanın 9 klubuna ödəniş edib.

Mia.az xəbər verir ki, 2024/2025 mövsümü üçün ayrılmış 1.279.000 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Bununla da "Neftçi", "Səbail", "Qəbələ", "Sumqayıt", "Sabah", "Araz-Naxçıvan", "Zirə", "Turan Tovuz" və "Kəpəz" klublarının hər birinə 142.111 avro çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью