UEFA azərbaycanlı hakimə etimad göstərdi

22.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Modern.az xəbər verir ki, AFFA-nın məlumatına görə, Kamal Umudlu UEFA Gənclər Liqasının 5-ci turu çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) – “Girona” (İspaniya) oyununun baş hakimi olacaq.

K.Umudluya yan xətdə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını bolqarıstanlı Emil Ristoskov yerinə yetirəcək.

Noyabrın 27-də Sankt Veit an der Qlan şəhərində yerləşən “Cek Lemans Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью