UEFA Batumidə yaşananlara görə məsuliyyəti üzərindən atdı

27.11.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

UEFA Avropa Liqasının liqa mərhələsində Türkiyənin "Beşiktaş" və İsrailin "Hapoel" (Beer-Şeva) futbol komandaları arasında Gürcüstanda keçirilən qarşılaşmada baş verən insidentə münasibət bildirib. Sport24.az xəbər verir ki, ali futbol qurumu ötən gün Batumidə yaşananlarla bağlı bəyanat yayıb:

"Türkiyə Futbol Federasiyası müvafiq yerli hakimiyyət orqanlarının tövsiyəsi əsasında "Beşiktaş" və "Hapoel" arasında qarşılaşmanın İstanbulda keçirilməyəcəyi barədə UEFA-nı məlumatlandırıb. Eyni məlumatda oyunun Batumidə baş tutacağı bildirilib.

Mövsümün digər qarşılaşmalarında olduğu kimi, UEFA bu oyunun da təşkilatçısı deyil və buna görə stadionda təhlükəsizliyin təmin edilməsinə məsuliyyət daşımır, bu prosesə nəzarət etmir.

Stadionda bütün qərarlar səlahiyyətli yerli hakimiyyət orqanları tərəfindən qəbul və icra edilib. UEFA-nın məlumatına görə, qarşılaşmanın müvəqqəti dayandırılmasına səbəb olan yerli polislə "Beşiktaş" azarkeşləri arasındakı qarşıdurma polis əməkdaşlarının Türkiyə klubunun azarkeşlərinin yerləşdiyi sektora müdaxiləsindən sonra başlayıb".

Qeyd edək ki, görüşün ilk yarısında türkiyəli azarkeşlər Fələstinə dəstək nümayiş etdirən pankart açıblar, həmçinin Fələstin bayrağını qaldırıblar. Bundan sonra Gürcüstan polisi müdaxilə edərək bir sıra azarkeşlərə qarşı güc tətbiq edib.

Baş verən qarşıdurma səbəbindən oyun müvəqqəti dayandırılıb. Daha sonra davam edən oyun "Beşiktaş"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью