Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
UEFA “Bavariya”nın futbolçusu Luis Diası cəzalandırıb.
Futbolpress.az xəbər verir ki, kolumbiyalı hücumçu Çempionlar Liqasında PSJ ilə matçda aldığı qırmızı vərəqəyə görə üç oyunluq diskvalifikasiya edilib.
Dias Münhen klubunun turnirdə “Arsenal”, “Sportinq” və “Yunion”la oyunlarını buraxacaq.
28 yaşlı futbolçu bu mövsüm 17 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.