UEFA Belarus komandalarına yaşıl işıq yandırdı

17.09.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

UEFA Belarus komandalarının başqa ölkənin çempionatında yarışmasına razılığını bildirib.

Fanat.Az xəbər verir ki, bunu TASS-a Belarus Futbol Federasiyasının birinci müavini Andrey Vasileviç açıqlayıb.

O, qitə futbol qurumunun Rusiya Gənclər Çempionatında iştirak etməsinə icazə verdiyini bildirib: "Həqiqətən də, icazə verilib. Hazırda Rusiya Futbol İttifaqı ilə yaş qruplarını müəyyən etmək üçün danışıqlar aparılır. Bir, yoxsa üç yaş qrupu olacaq, bunu müzakirə edirik. Biz Gənclər Futbol Liqasında iştirak etmək istərdik".

2022-ci ilin fevral ayının sonundan etibarən FIFA və UEFA tərəfindən milli komandalar da daxil olmaqla, bütün Rusiya komandaları beynəlxalq yarışlardan kənarlaşdırılıb. O vaxtdan bəri Rusiya milli komandası yalnız yoldaşlıq oyunları keçirib və Rusiya Premyer Liqa klubları Avropa yarışlarında iştirak etməyib. Belarus klubları isə Avropa yarışlarında neytral meydanlarda mübarizə aparır.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью