UEFA “Beşikaş”ın matçındakı dava ilə KONKRET

27.11.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer Şeva” komandaları arasında Gürcüstanın Batumi şəhərində keçirilmiş UEFA Avropa Liqasının oyununda baş verən insidenti araşdırmaq üçün müfəttişlər təyin olunub.

KONKRET.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Tribunada yaşanan hadisələri pisləyən qurum futbolda təxribatçı, ayrı-seçkilik və ya ekstremist davranışa yer olmadığını bildirib:

“Müfəttişlər hadisə ilə bağlı araşdırma aparacaq, zəruri faktları və halları müəyyənləşdirmək üçün mövcud olan bütün sübutları nəzərdən keçirəcək”.

Qeyd edək ki, dünən UEFA Avropa Liqasının V turu çərçivəsində Batumda keçirilən “Beşiktaş” – “Hapoel Beer Şeva” matçı zamanı türk azarkeşlərlə gürcü polisi arasında gərginlik yaranıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью