UEFA “Borussiya”nı Qurbanova əmanət etdi FOTO

08.09.2026

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

Azərbaycanlı FİFA hakimi Tural Qurbanov növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Borussiya” (Dortmund, Almaniya) – “Villarreal” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər.

Görüş sentyabrın 8-i Dortmund şəhərində yerləşən “Dortmund Brakel Təlim Mərkəzi” stadionunda keçiriləcək.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью