UEFA BOS u seçmədi

19.03.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Olimpiya Stadionu (BOS) 2027-ci ildə keçiriləcək Çempionlar Liqasının finalına ev sahibliyi etməyəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Qitənin ən nüfuzlu klub turnirinin sözügedən ildəki həlledici qarşılaşması İspaniyanın paytaxtı Madriddə yerləşən “Metropolitano” stadionunda oynanılacaq.

2027-ci ildə baş tutacaq final görüşünə ev sahibliyi etmək üçün Bakı və Madrid şəhərləri öz namizədliklərini irəli sürmüşdü.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью