UEFA bu komandanı on il müddətinə avrokuboklardan kənarlaşdırdı

16.07.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Monteneqronun "Arsenal" klubunu on il müddətinə avrokuboklardan kənarlaşdırıb.

"Unikal" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Komanda Konfrans Liqasında danışılmış oyunlara görə cəzalandırılıb. Qayda pozuntuları 2023/24 mövsümünün matçlarında qeydə alınıb. Həmin vaxt “Arsenal” erməni “Alaşkert”lə iki dəfə qarşılaşıb (1:1, 1:6). Daha sonra "Arsenal" da 500 min avro cərimələnib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью