UEFA bu milli komandanı cəzalandırdı

20.11.2024

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Millətlər Liqasının 5-ci turundakı matçda meydanı erkən tərk edən Kosovo yığmasını cəzalandırıb. 

Milli.Az xəbər verir ki, Rumıniya rəqibin bu hərəkətinə görə 3:0 hesablı texniki qələbə qazanıb.

Rumıniya millisi isə fanatların irqçi şüarlarına görə növbəti ev oyununu azarkeşsiz keçirəcək.

Qeyd edək ki, Rumıniya - Kosovo matçının 93-cü dəqiqəsində yerli azarkeşlər Serbiyanın adını qışqırmağa başlayıb. Bu səbəbdən oyun yarımçıq qalıb və qonaq komandanın futbolçuları meydanı tərk edib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью