UEFA bu milli komandanı cəzalandırdı KONKRET

20.11.2024

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

UEFA Millətlər Liqasının 5-ci turundakı matçda meydanı erkən tərk edən Kosovo yığmasını cəzalandırıb. 

KONKRET.az xəbər verir ki, Rumıniya rəqibin bu hərəkətinə görə 3:0 hesablı texniki qələbə qazanıb.

Rumıniya millisi isə fanatların irqçi şüarlarına görə növbəti ev oyununu azarkeşsiz keçirəcək.

Qeyd edək ki, Rumıniya – Kosovo matçının 93-cü dəqiqəsində yerli azarkeşlər Serbiyanın adını qışqırmağa başlayıb. Bu səbəbdən oyun yarımçıq qalıb və qonaq komandanın futbolçuları meydanı tərk edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью