UEFA bu oyunu təxirə saldı

14.08.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

UEFA bu oyunu təxirə saldı

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Klavsik" (Farer adaları) - "Lex" (Poznan) cavab matçı təxirə salınıb.

QOL.az "The Athletic"ə istinadən xəbər verir ki, bunna səbəb əlverişsiz hava şəraitidir.

"Torsvollur" stadionunda keçirilməli olan qarşılaşma güclü dumana görə UEFA-nın qərarı ilə təxirə salınıb. Polşa təmsilçisi Farer adalarının paytaxtına uçmaq üçün iki dəfə cəhd göstərsə də, bu, uğursuzluqla nəticələnib. Onlar yalnız saat 15:30-da Vaqar hava limanına çata biliblər.

Qeyd olunub ki, matç 14 avqustda oynanılacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş "Lex"in 1:0 hesablı qələbəsi ilə bitib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью